Türkiyənin məşhur televiziya mütəxəssisi Acun Ilıcalı sahibi olduğu TV8 kanalının satılması iddialarından danışıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ilıcalı təkliflərin gəldiyini təsdiqləyib, ancaq hələ bir müqavilə imzalanmadığını bildirib.

Qeyd edək ki, dünyada reytinq rekordları qıran yarışları Türkiyəyə gətirərək adından tez-tez söz etdirən Acun Ilıcalı TV 8 kanalını 70 milyon dollara almışdı. Kanalın hazırkı bazar qiyməti isə 210 milyon dollardır.

Gülnar Qafarlı