Türkiyənin məşhur televiziya mütəxəssisi Acun Ilıcalının sahibi olduğu TV8 kanalını satdığı iddia olunub.

Open.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, Ilıcalının son dövrdə Türkiyə mediasına investisiya yatıran Azərbaycan mərkəzli "Global Media Group Asc" ilə görüşdüyü irəli sürülüb.

Azərbaycanlı iş adamları TV8-İ satın almaq üçün danışıqlar aparıb. Ilıcalı satışı müsbət dəyərləndirsə də, "Global Media" kanalının borcları səbəbiylə satış danışıqları təxirə alınıb.

Daha sonra "Medical Park Xəstəxanalar Qrupu" Ilıcalının TV8-dəki səhmlərinin hamısını satın almaq məsələsində məşhur televiziya işçisi ilə razılaşıb.

Gülnar Qafarlı