TV8 rəhbəri Acun Ilıcalı "MasterChef Türkiyə" yarışmasında iştirak edən aşpaz Uğur Yılmaz Denizi, illər əvvəl sosial media hesabından paylaşdığı tərbiyə həddlərini aşan paylaşımlara görə proqramdan diskolifiyə edib.

Open.az xəbər verir ki, ötən gecə yayımlanan proqramda Uğur Yılmaza bu xəbər çatdırılıb və yemək proqramından keçmişdə yazdığı bir neçə statusa görə qovulan yarışmacının göz yaşları sel kimi axıb.

Proqram bitdikdən sonra isə sosial mediada Uğur Yılmazı dəstəkləyən şərhlər yazılıb, Acun Ilıcalı "reytinq şousu" düzəltdiyinə görə linç edilib. İzləyicilər Uğur Yılmazın yazdığı tərbiyəsiz şərhləri qınasalar da, Acun Ilıcalının yarışmacını bu şəkildə alçaldaraq, ağladıb proqramdan qovdurmasına da səssiz qalmayıblar.

"MasterChef"i izləyən minlərlə tamaşaçı : "Uğur Yılmazın etdiyi hərəkət doğru deyil. Tərbiyəsizlik edib. Amma yazdığı mesajlar bir neçə il əvvələ aiddir. Bu adam 5 aydır yarışmada iştirak edir. Acun Ilıcalı bu vaxta qədər Uğur Yılmaz Denizin kim olduğunu araşdırmamışdı? Yarışmacı finala yaxınlaşarkən, kimlərinsə zəngi ilə onu proqramdam qovmaq nə qədər doğrudur? Uğur Yılmaz göz yaşları tökərək, hər kəsdən üzr istədi. Əfh dilədi. 26 yaşlı bir gənci bu qədər alçaltmaq , həm də reytinq uğruna aşağılamaq nəyə lazım idi?" və.s. tipli şərhlər yazaraq, Acun Ilıcalı və TV8-i, həmçinin özlərini qüsursuz kimi göstərən 3 şefi də tənqid atəşinə tutublar.

Qeyd edək ki, sosial mediadan 150 min izləyicisi olan Uğur Yılmazı təqib edənlərin sayı, ötən gecə 231 minə yüksəlib. Uğur Yılmaz Deniz yarışmadan ayrılan kimi Acun Ilıcalını sosial media hesabından silib.

Ülviyyə Həsənqızı

Acun Ilıcalı tənqid edildi -Reytinq uğruna bir gəncin arzularını yox etdiniz

Acun Ilıcalı tənqid edildi -Reytinq uğruna bir gəncin arzularını yox etdiniz