Restoranları, videoları ilə məşhurlaşan türk aşpaz Nusret Gökçenin başına iş gəlib.

Open.az xəbər verir ki, Nusret ötən il bəxşiş probleminə görə işdən çıxartdığı 4 türk işçisinə görə cəzalandırılıb.

ABŞ-da çıxan qərara əsasən Nusret 4 işçiyə ümumilikdə 236 min 870 dollar (1 milyon 361 min lirə) pul ödəyəcək.

Onun ilin sonuna qədər pulu ödəyəcəyi gözlənilir.