Rusiyanın Əməkdar artisti, 1990-cı illərin pop ulduzu, bir zamanlar xüsusilə qızların sevimlisi olan Andrey Qubin yenidən səhnəyə qayıtmaq istəyir.

Open.az xəbər verir ki, uzun illər səhhətində yaranan ciddi problemlərə görə səhnədən uzaqlaşan müğənni yeni mahnılar yazmağa başlayıb.

Andrey Qubinlə bağlı məlumat yayan prodüsser Taras Vaşinin bildirib ki : "Andreyin vəziyyəti yaxşıdır. Hazırda yaradıcılıq işləri ilə məşğuluq. Andrey Qubinin yenidən səhnəyə qayıdışının günü və saatını dəqiq yaza bilmərəm. Çünki hələlik dəqiq qərar yoxdur. Amma bu yaxınlarda bu hadisə baş verəcək".

Qeyd edək ki, 45 yaşlı Andrey Qubin 14 yaşından mahnılar yazıb. İlk dəfə 1989-cu ildə disk buraxan müğənniyə şöhrəti, sevdiyi qızın şərəfinə yazdığı "Liza" mahnısı gətirib.

"Liza" 1994-1995-ci illərin ən sevilən pop mahnısı olub.

Ülviyyə Həsənqızı