9 il əvvəl İbrahim Tatlısesin "İbo Show" proqramında qonaq olan müğənni Tuğba Ekinci, yenidən proqramda iştirak etmək üçün dəvət alıb.

Open.az xəbər verir ki, Tuğba Ekinci 9 il əvvəl "İbo Show"da geyindiyi qırmızı paltarın eynisini tikdirib və yenidən eyni libasla proqramda iştirak edəcək.

Bu barədə sosial media hesabından xəbər yayan müğənni: "Yaxında sürpriz var. Bu paltarı tanıdınız? Yadınızda qalıb? Təkrardan eynisini tikdirdim. İbrahim abi bizim böyüyümüzdür. O, bizə hər zaman dəstək olub" deyib.

9 il əvvəl geyindiyi paltarın eynisini tikdirdi

9 il əvvəl geyindiyi paltarın eynisini tikdirdi