Koronavirusa yoluxan və müalicəsini xəstəxanada davam etdirən məşhur türk aktyoru Şener Şen evə buraxılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, koronavirusa qalib gələn 78 yaşlı aktyor xəstəxanadan çıxmazdan öncə mətbuat mənsublarına görüntülənməmək üçün məkanı avtoparkdan tərk edib.

10 gündür karantinada olan aktyorun son yoxlamalarının edildiyi də öyrənilib.

Heç bir tənəffüs aparatına ehtiyac olmadan normal bir otaqda xəstəlik prosesi keçirən sənətkarın sağlamlığının yaxşı olduğu bildirilib.

Gülnar Qafarlı