Rusiyalı aktyor Denis Karasev vəfat edib.

Open.az xəbər verir ki, 58 yaşlı aktyor ötən gün ürək tutmasından dünyasını dəyişib.

Denis Karasev 1963-cü ildə Estoniyada anadan olub. QİTİS-də təhsil alıb.

Mayakovski adına Teatrda daha sonra isə "Lenkom" Teatrında çalışıb. Əsasən film və seriallarda rol alan aktyorun 2 metr boyu və sərt baxışları olub. Məhz bu səbəbdən aktyora çox zaman mənfi obrazlar tapşırılıb. Oynadığı obrazların öhdəsindən məharətlə gələn Denis Karasev, 50-dən çox serial və bədii filmdə rol alıb.

Ülviyyə Həsənqızı

58 yaşlı aktyor ürək tutmasından vəfat edib