1990-cı illərin ulduzu, bu günədək populyarlığını qoruyub, saxlayan müğənni Yonca Evcimik doğum gününü sosial media hesabından paylaşdığı cəsarətli fotolarla qeyd edib.

Open.az xəbər verir ki, 57 yaşına qədəm qoyan müğənni: "Bu gün mənim doğum günümdür. Rəqəmlərlə işim yoxdur. Həmişə deyirəm ki, daxilən uşaq kimiyəm. Belə də xoşbəxtəm. Nə yaxşı ki, dünyadayam. 57 kərə maşallahınızı alaram" yazaraq, gözəllik sirrlərini də açıqlayıb.

57 yaşlı müğənnidən cəsur pozlar: Bu gün mənim doğum günüm

Beləliklə, Yonca Evcimik"in gözəllik sirləri

Hər gün 10 min addım atır, yay aylarında 1 saat üzürəm.

Bir gün çox yesəm, səhəri gün az yeyirəm.

Bol-bol su içirəm.

Neqativ insanlardan qaçıram. Yoxsa ömrünü yeyərlər.

Özümə şənlik yaratmağı bacarıram. Darıxanda Bodrumdakı "Yoncimik Cumhuriyyəti" dediyim evə qaçıram.

Yuxuma fikir verirəm. Gündəlik makiyajdan istifadə etmirəm. Amma kosmetika aləmində olan bütün yeniliklərdən xəbərdaram.

Şanslıyam. Çünki genetik olaraq, iri görkəmli deyilik.

57 yaşlı müğənnidən cəsur pozlar: Bu gün mənim doğum günüm

57 yaşlı müğənnidən cəsur pozlar: Bu gün mənim doğum günüm