"Yeşilçam"ın ən gənc ulduzlarından Aydan Şener sosial şəbəkədəki paylaşımları ilə hamını heyran edir.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı aktrisa paylaşdığı son fotosu ilə yenə adından söz etdirməyi bacarıb.

İzləyiciləri onu tərif atəşinə tutublar. Onlar aktrisaya "Belə bir gözəllik dünyada olmadı", "Türkiyənin ən gözəl qadını", "Qocalmayan gözəllik" və s. kimi şərhlər yazıblar.

Fanatlarının hər bir şərhinə tək-tək cavab verən Şener sadə davranışıyla da təqdir toplayıb.

Gülnar Qafarlı

56 yaşlı aktrisa gözəlliyi ilə heyran etdi - FOTO