Rusiyalı aktyor Rinat Kafiyatullin fitnes zalının hovuzunda boğulub.

Open.az xəbər verir ki, hadisə oktyabrın 7-si saat 23.00-da baş verib.

Moskvadakı fitnes mərkəzinin hovuzunda üzən 26 yaşlı aktyorun halı qəflətən pisləşib. Sudan çıxa bilməyən aktyor, boğulub. Mərkəzin əməkdaşları Rinat Kafiyatullini sudan çıxarıb, ilk yardım ediblər. Daha sonra isə hadisə yerinə Təcili Yardım gəlib. Həkimlərin müdaxiləsinə baxmayaraq, 26 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Gənc aktyorun ölümü ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rinat Kafiyatullin Vyaçeslav Spesivçevin rəhbərlik etdiyi Rusiya Gənclər Teatrının aktyoru və videobloger olub.

Xatırladaq ki, oxşar bədbəxt hadisə ötən ay tanınmış aktyor Vladimir Konkinin ailəsində də baş verib. Belə ki, Əməkdar artistin qızı, 32 yaşlı Sofiya Konkina fitnes klublarının birində hovuzda boğularaq, həyatını itirib.

Ülviyyə Həsənqızı