Noyabrın 30-da Moskvada 25-ci Beynəlxalq Stanislavski Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.

Open.az xəbər verir ki, mövcud vəziyyətə baxmayaq Böyük Teatrın Betxoven zalında baş tutan təntənəli mərasimdə Rusiyanın tanınmış mədəniyyət, incəsənət və teatr xadimləri iştirak ediblər.

"Bu çətin keçən ilin sonunda biz sizlərlə yenidən görüşürük. Sizin hər birinizə Rusiya mədəniyyəti və rus Teatrının inkişafı naminə çəkdiyiniz ağır zəhmətlərə görə minnətdaram. Həmçinin 25 ildir birgə çalışdığım münsiflər heyətinə sonsuz təşəkkürlərimi bildirirəm" deyən K.S.Stanislavski Beynəlxalq Fondunun vitse-prezidenti Zeynəb Seyidzadə, mərasimin rejissoru Yuri Muraviskiyə də minnətdarlığını bildirib.

Builki laureatlar 11 nəfərdən ibarət olub. 25-ci Stanislavski Mükafatına sahib olan laureatların adları açıqlanıb.

Balerina Svetlana Zaxarova, opera müğənnisi Anna Netrebko, rejissor Piter Bruk və aktrisa Svetlana Kruçkova 2020-ci ilin qalibləri elan ediliblər.

Qeyd edək ki, Beynəlxalq Stanislavski Mükafatı 1995-cü ildə təsis olunub.

Mükafat Teatr sahəsində xidmətlər göstərmiş sənət xadimlərinə təqdim olunur.

Mükafatın Münsiflər Heyəti hər il təzələnir.

Bu il Münsiflər Heyətinə Yuri Butusov, Yevgeni Pisarev, Marina Brusnikina, Sergey Jenavaç, Aleksey Borodin, Lyudmila Maksakova, Vladimir Maşkov, Valeri Barinov, İqor Qordin, Aleksandr Bartoşeviç, Vladimir Urin və K.S.Stanislavski Beynəlxalq Fondunun vitse-prezidenti Zeynəb Seyidzadə rəhbərlik edirlər.

Mükafatının təqdim edildiyi 25 il ərzində xaricdən 215 sənət xadimi Stanislavski Fəxri Nişanını daşımağa layiq görülüblər.

Ülviyyə Həsənqızı

25-ci Beynəlxalq Stanislavski Mükafatı təqdim edilib25-ci Beynəlxalq Stanislavski Mükafatı təqdim edilib25-ci Beynəlxalq Stanislavski Mükafatı təqdim edilib