Bu gün məşhur amerikalı moedl Kayli Jennerin 22 yaşı tamam olur.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, günlərdir ad gününü qeyd edən modelə ən qiymətli hədiyyə reper sevgilisi Travis Skotdan gəlib.

Bir həftə əvvəl Jennerin evinin birinci mərtəbəsini qızılgüllərə qərq edən Skot ona 500 min dollar məbləğində brilyantdan hazırlanmış boyunbağı hədiyyə edib.

Boyunbağı 28 yaşlı reperin xüsusi sifarişi ilə "New York" mərkəzli "Eliantte" zərgərlik şirkəti tərəfindən hazırlanıb.

Gülnar Qafarlı

22 yaşlı modelə sevgilisindən sərvət dəyərində hədiyyə - FOTO

22 yaşlı modelə sevgilisindən sərvət dəyərində hədiyyə - FOTO