MDb portalı 2019-cu ilin ən populyar 10 aktyor-aktrisasının adını açıqlayıb.

Open.az xəbər verir ki, "Top-10"da 6 qadın, 4 kişi aktyor var.

Rreytinqə "Kapitan Marvel"də Marvel rolunu canlandıran Bri Larson başçılıq edir. Onun ardınca sıralamada Erin Moriarti ("Oğlanlar" serialında Starlayt rolu), Emiliya Klark ("Taxtlar oyunu"ndan Deyneris Tarqarien), Naomi Skott ("Ələddin"də şahzadə Jasmin), "Çox qəribə şeylər" serialından Dakre Montqomeri, "Şazam!" filmindən Zakari Livay yer alıb.

"Top-10"da həmçinin Kianu Rivz, Roza Salazar, Margo Robbi və "Coker"də eyniadlı personajı canlandıran Xoakin Feniks də özünə yer edib.

Reytinq son bir ildə portaldakı axtarış sorğularına əsaslanıb.