"Forbes" jurnalı 2019-cu ildə ən çox qazanan məşhurların siyahısını açıqlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, ən çox qazanan 100 məşhur siyahısının zirvəsinə amerikalı müğənni Teylor Svift yerləşib.

29 yaşlı ifaçı son bir ildə 185 milyon dollar qazanıb. Sviftin "Reputation" albomu ilə çıxdığı dünya turu 226,1 milyon dollar ilə ən çox pul qazanan tur olaraq ABŞ tarixinə keçib.

Bu ilin ən çox qazanan ikinci məşhuru ABŞ-lı top model və "Kylie Cosmetics" kosmetik şirkətinin sahibi Kayli Jenner olub. Jennerin son bir ildə 170 milyon dollar qazandığı bildirilib. Üçüncü yerdə 150 milyon dollar ilə Keyn Uest yer alıb.

Gülnar Qafarlı