Tanınmış türk müğənniləri Mahsun Kırmızıgül və Alişan 20 ildən sonra barışıblar.

Open.az xəbər verir ki, 20 il əvvəl mərhum Hilmi Topaloğlu’nun sahibi olduğu "Prestij Müzik" Şirkətində albomları çıxan Mahsun Kırmızıgül, Özcan Deniz, Alişan həm də yaxın dost olublar. Sonradan münasibətləri pozulan üçlüyün ikisi-yəni Mahsun Kırmızıgül və Alişan nəhayət ki, aralarında olan buzları əridiblər.

20 ildən sonra barışdılar-FOTO

Bir müddət əvvəl İstanbuldan İzmirə gedərkən yolda qəza keçirən Alişan və ailəsini ziyarət etdməyə gələnlər arasında Mahsun Kırmızıgül də olub.

Keçmiş dostların barışmasının səbəkarı isə iş adamı Nadire İçkalenin oğlu Ozan İçkale olub.

20 ildən sonra barışdılar-FOTO

Ozan İçkale :"Belə gündə küsülü qalmaq olmaz" deyərək Mahsunu Alişanın evinə gətirib. Eyvanda Mahsun Kırmızıgülü görən Alişan, bir anlıq şok keçirib və keçmiş dostlar 20 ildən sonra biri-birlərinə sarılıblar.

20 ildən sonra barışdılar-FOTO