Türk aktrisası Şebnem Özinal 15 illik həyat yoldaşı Şefik Öztekdən boşanıb.

Open.az xəbər verir ki, "anlaşaraq" boşanan cütlüyün 13 yaşındakı qızlarının vəlayəti anasına verilib.

Şebnem Özinal məhkəmədə bildirib ki, iki ildir boşanmaq istəyir.

İki ildir məhkəmədə boşanmaları ilə bağlı müsbət qərar verilməyən cütlük, nəhayət ki, biri-birindən ayrılıb.

Boşanma davasını Şebnem Özinal açıb və səbəb olaraq ərinin son illər bitib-tükənməyən qısqanclığından cana doyduğunu deyib.

Şebnem Özinal keçmiş həyat yoldaşından maddi-mənəvi təzminat da istəyib.

15 illik ailə həyatı başa çatdı-Tanınmış aktrisa ərindən boşandı