Fevralın 6-da türkiyəli rejissor Ali Atay ilə ailə həyatı quran aktrisa Hazal Kayanın hamilə olduğu iddia edilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, aktrisanın real həyatda hamilə olduğu üçün baş rolunu oynadığı serialda hamilə rolunu canlandırdığı irəli sürülüb.

Bu barədə jurnalist Bilal Özcan məlumat yayıb: "Maraqlı iddia var. Hazal Kaya real həyatda da hamilədir. Aktrisanın serialda canlandırdığı Filiz xarakteri yeni bölümlərdə artıq hamilədir".

Gülnar Qafarlı

14 gün öncə toyu olan Hazal Kaya hamilədir