Bir müddətdir ki, aparıcı Zaur Baxşəliyev sosial mediada ağsaqqal obrazında xüsusi effektlə çəkilmiş videolar paylaşır. Onun paylaşımları izləyicilərlə yanaşı məşhurların da marağına səbəb olur.

Open.az xəbər verir ki, aparıcı instaqram hesabında yenə də ağsaqqal obrazına girərək qızı Dilavərlə görüntüləndiyi foto paylaşıb. O, fotoya "Zaur özü adam olmasa da, qızı şirindi. Bu ailəyə gələn gündən məni çox istəyirlər, daha burdan getmərəm" sözlərini yazıb.

Onun paylaşımı diqqət çəkərək çoxsaylı rəylər yazılıb. (Big.az)

Zaur özü adam olmasa da, qızı şirindi