Bu gün əməkdar artist Röya Ayxan həmkarı Zamiq Hüseynovu ad günü və ata olacağı münasibətilə təbrik edib.

Open.az xəbər verir ki, Zamiq ata olacağı barədə mediada yayılan xəbərin əsassız olduğunu bildirib və söz-söhbətlərə belə aydınlıq gətirib:

“Az öncə dostum Röya həmişəki kimi təbriki ilə məni təəccübləndirdi. Öncə Röyaya və məni doğum günü münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm. Mövzunu niyə Röyayla başladım? Mediadakı dostlarımız onun təbrikindən sonra ata olacağımla bağlı xəbər yayıblar. Əziz dostlar, belə bir şey yoxdur. Röya mənim yeni yaşımda ata olacağımı deyil, mənimlə bağlı ən böyük arzusunu ifadə edib. O arzu ki, bu il ailə qurmağımı, ata olmağımı istəyir. Mənim üçün ata olmaq böyük məsuliyyətdir. Əlbəttə, mən də istəyərəm tezliklə bu statusa sahib olum. Bu xəbərə sevinən dostlarımın diqqətinə çatdırım ki, məni bu mövzuda təbrik etmək hələ tezdir”.