Müğənni Zamiq Hüseynov ilk dəfə övladının fotolarını paylaşıb.

Open.az xəbər verir ki, ifaçı oğlu Zeynin 1 yaşını qeyd edib.

O, övladını doğum günü münasibətilə təbrik edib: "Doğum günün mübarək oğlum. Arzu edirəm ailənə, vətəninə layiqli övlad olasan".

Zeyni hər zaman mediadan gizlədən Zamiq onunla birlikdə fotosessiya etdirib.

Qeyd edək ki, Z.Hüseynov Aydan adlı xanımla ailə qurub. Bu onun ikinci nikahıdır.