Müğənni Şəbnəm Tovuzlu "Youtube" kanalından gələn gəliri açıqlayıb.

Open.az xəbər verir ki, sənətçi bu haqda "Ona qalsa" proqramında danışıb. O bildirib ki, səhifəsindən ayda 2000-2500 dollar gəlir gəlir:

"Həmin məbləği götürmürəm. Onu işlədən şəxs qohumumdur, ona bağışlayıram. Çünki "Youtube"da çox əziyyətimi çəkir".