Dünyanın bir çox ölkəsində konsertlər verən, Azərbaycan musiqisini dünyada layiqincə təmsil edən, sevilən səs sahibi Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək.

Open.az xəbər verir ki, sənətçinin verdiyi məlumata görə, konsert oktyabrın 12-də Heydər Əliyev Sarayında baş tutacaq.

Sevənləri ilə görüşə hazırlaşan Yaqub Zurufçu hisslərini belə bölüşüb: “Dəyərli soydaşlarım, doğmalarım! Mənə qarşı göstərdiyiniz diqqət və sevgi üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Görünür siz də mənim kimi bu konsert üçün darıxmısınız. Bunca diqqətdən ilhamlanaraq konsert etməyi qərarlaşdırdıq. Tezliklə - oktyabrın 12-si böyük həvəslə sizinlə görüşə gələcəm”.