Müğənni Xuraman Şuşalının evində xoş anlar yaşanıb.

Open.az xəbər verir ki, müğənninin bir neçə saat öncə 4-cü övladı dünyaya gəlib.

İki oğlu və bir qızı olan Xuramanın yeni doğulan körpəsinin cinsiyyəti hələ ki, açıqlanmayıb.

Bu barədə isə Xuramanın həmkarı Elnarə Xəlilova məlumat verib: "Gözəl bacım. Bu ağ libas necə də gözəl yaraşır. Sanki bir mələk tək övladlarını başına yığmısan. Çox şükr ki, mələklərimizin biri də dünyaya gəldi. Əlinizdə-ovucunuzda qalsın ay bacı ! Xeyrin görəsiz ! Həmişə balalarınıza baxıb, fəxr edəsiniz. Allah əməlisaleh övladlardan etsin inşallah!".