“Xəzər” telekanalının “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı efirdə qalmaqal yaradacaq açıqlama verib.

Open.az xəbər verir ki, aparıcı verilişdə keçmiş iş yeri olan ATV-ni tənqid edib.

O,illərdə ATV-də çalışaraq, kanala milyonlarla pul qazandırdığını dilə gətirib: “Allahdan bircə diləyim var, sizin qarşınıza yaxşı, qədrinizi bilən insanları çıxarsın. Mən bütün illərimi “Səni Axtarıram”a həsr etdim. Ancaq oradan aldığım maaşı bütün işçilərim bilir. Mənim hesabıma milyonlar qazanıldı. Bu həyatda nə olursa, yaxşılığa doğru baş verir. Sevinirəm ki, bu kanaldayam. Çünki qədrimi bilirlər”.

Xatırladaq ki, Xoşqədəm “Səni axtarıram” verilişi ilə ilk dəfə ATV-də efirə çıxıb.