“Toppuş bacı” kimi tanınan əməkdar artist Tünzalə Əliyevaya ağır itki üz verib.

Əməkdar artistin anası dünyasını dəyişib. Bu barədə Open.az-a əməkdar artist Dilarə Əliyeva məlumat verib.

Aktrisa bildirib ki, Tünzalə Əliyevanın anası şəkər xəstəliyindən əziyyət çəkib.

Mərhum bu gün Gəncə şəhərində torpağa tapşırılıb.