Müğənni Xatun Əliyeva xarici görünüşündə dəyişiklik edib.

Open.az xəbər verir ki, sənətçi əməliyyat masasına yataraq, buxağından azad olub.

O, əməliyyatdan əvvəl və sonra çəkilən fotolarını İnstaqram hesabında paylaşaraq uzun müddətdir boğazının görünüşünün onu narahat etdiyini bildirib: “Əvvəllər buxağımın olması məni elə də narahat etmirdi. Lakin yaşa dolduqca bu ən böyük kompleksimə çevrildi. Başladım bununla mübarizə aparmağa... Əvvəl müəyyən aparatlarla masajlar elətdirdim. Heç birinin faydasını görmədim.

İndi də yerli keyitmə ilə buxağın liposaksiyasına üz tutdum. Əməliyyatım 1 saat davam etdi".

Xatun nəticədən razı qaldığını söyləyib.