Müğənni Xatirə İslam etdirdiyi liposaksiya əməliyyatının təsirinin keçdiyini, kökəldiyini bildirib.

Open.az xəbər verir ki, o, bu barədə “ATV maqazin onlarla” proqramında danışıb.

Sənətçi söyləyib ki, kilo almasının səbəbi iştahlı olmasıdır:

“Liposaksiya əməliyyatı etdirmişdim. Bir il keçib, təsiri yaxşı idi. Amma yeməyi sevən insanam. Yoldaşım ( Fəxrəddin - red.) deyir ki, bu əməliyyatla deyil, ağzını bağlamalısan. Bütün günü yaxşı restoranlarda yeyirəm. Ən çox şəkil çəkdirəndə əziyyət çəkirəm. Turala (qardaşı – red.) deyirəm ki, ömrün kəsilsin, çək də. Yazıq neyləsin?”.

Qeyd edək ki, sənətçinin əməliyyatı sosial şəbəkə vasitəsilə canlı yayımlanmışdı.

Xatirə İslam:  Bütün günü yaxşı restoranlarda yeyirəm