Müğənni Xatirə İslam “food blogger” olmaq qərarına gəlib.

Open.az xəbər verir ki, sənətçi bundan sonra hazırladıqları yeməkləri, sevdiyi şirniyyat növlərini izləyiciləri ilə bölüşəcək.

Karantin dövründə tez-tez mətbəxdə görünən ifaçı bunun üçün ayrıca "İnstaqram" səhifəsi açıb. O, hətta paylaşımlar edərək məharətini sərgiləyib və artıq sözügedən hesabın 26 min izləyicisi var.