Xalq artisti Zabit Nəbizadənin bacısı oğlu Xalid şəhid olub.

Open.az az xəbər verir ki, xanəndə bu haqda "Ay Zaur" proqramında deyib. O bildirib ki, "Xalidin şəhid xəbəri valideynlərindən qabaq dayıları bildi. Böyük qardaşımın sinif yoldaşı dedi ki, Xalid ölüb. Anasına demədik, 3 gün gizlətdik. Müharibənin qızğın vaxtı idi, komissarlığa xəbər etdik. Üç gündən sonra cəsədi tapıb gətirdilər. İki qardaş idilər, ikisi də hərbidə idi". (Axşam.az)