Xalq artisti Məleykə Əsədova COVİD-19 virusundan qorunma sirlərini açıqlayıb.

Open.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında evdən çölə çıxmadığını bildirib:

"İşim yoxdursa, bütün günü evdə oluram, şeirlər hazırlayıram. Qızımla birlikdə ev işləri ilə məşğul oluruq. Çox vacib işim yoxdursa, evdən çıxmıram. Bütün günü çoxlu meyvə və tərəvəz yeyirəm, bol-bol su içirəm.

Ən əsası isə limon, zəncəfil, cəfəri ilə detoks edib içirəm. Bir də bal, zəncəfil və limon qarışığından səhər duran kimi 2 xörək qaşığı yeyirəm.

Çalışaq, özümüzü və doğmalarımızı qoruyaq. Maskasız və spirtsiz olmaz".