Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhəti yenidən pisləşib.

Open.az xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən Məmməd "ATV maqazin onlarla" verilişində həftədə üç dəfə dializə getdiyini söyləyib.

Oğlunun ad günündə kamera qarşısına keçən Məmmədin daha bir xəstəliyi ortaya çıxıb. Məhəmməd Zeynalıov bildirib ki, həkimlər ona ağciyər xərçəngi diaqnozu qoyublar:

"Yaxın qohumlarım donor olmaq istəyirlər. Bacım da mənə böyrəyini vermək istəyir. Amma başqa problemlər ortaya çıxıb. İndi də həkimlər mənə ağciyər xərçəngi diaqnozu qoyublar"

Qeyd edək ki, Məmməd Zeynalov 3 il əvvəl insult keçirib.(Axşam.az)