Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə qızı Diləyi doğum günü münasibəti ilə təbrik edib.

Open.az xəbər verir ki, aparıcı qızına paytaxt restoranlarının birində ad günü mərasimi keçirib.

O, qızını "İnstagram" hesabında belə təbrik edib: "Bu günümün səbəbkarı,həyatımın dadı-duzu,güclü olmağımın,həyata bağlanmağımın,sevib-sevilməyimin səbəbkarı,7 ildir əli-əlimdə,balaca ürəyi ürəyimdə döyünən mələyim,mənə qadın üçün ən ali "Ana" statusunu bəxş edən körpəm. Səninlə çətin bir yola bərabər çıxdıq,körpə barmaqlarını əlimə alıb,xumar gözlərinə baxıb,sənin üçün canımı belə qurban verərəm dediyim gündən düz 7 il keçir,cismən ömrüm yetən qədər,ruhən dünya durduqca yanındayam ciyər-param. Səni mənə verən Allahıma şükürlər olsun".

Vüsalə qızına təmtəraqlı ad günü etdi - FOTO

Vüsalə qızına təmtəraqlı ad günü etdi - FOTO