Müğənni Türkan Vəlizadə "Boş anlar" verilişinin qonağı olub.

Open.az xəbər verir ki, ifaçı illər öncə yaşadığı çətinliklərdən danışıb.

O, keçmiş illərini danışarkən, göz yaşlarına sahib ola bilməyib: "Bizim illər öncə vəziyyətimiz yaxşı olmayanda, anam qızıllarını satmışdı. Məşhurlaşandan sonra bir gün qızıl mağazasından keçərkən anamın üzüyünü gördüm. Onu almaq istədim. Bacım anama demişdi. Anam isə mənə zəng edib, onu almamağımı xahiş etdi. Çünki bu qızıl ona keçmişdəki çətinlikləri xatırladırdı".