ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi rəqqasə Rəna Ağamuradova (Renka) olub.

Open.az xəbər verir ki, rəqqasə kilolu bədənə sahib olan müğənnilərin açıq-saçıq geyinməsinə iradını bildirib:

“Uzun ayaqlar, gözəl sinə, düzgün bədən forması olanda açıq-saçıq geyinənlər çox xoşuma gəlir. Amma bədən forması uğun olmayanda, sevmirəm. Kim necə məşhurlaşmaq istəyir özü bilər. Rəqqasələr qalıb qıraqda. Xoşuna gəlir, göstərir, demək ki, ona lazımdır.

Əvvəllər biz rəqqasələri çox qınayırdılar. Qoy çox olsunlar ki, yalnız belə şeylərə görə biz qınanmayaq. Açıq-saçıq geyinənlər içərisində Nura Surini bəyənirəm. 3 uşaq anası olmasına baxmayaraq bədəni çox gözəldir”.