ABŞ-da yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov ötən gün Los-Ancelesdə Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbirdə çıxış edib.

Open.az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabına düşən Ü.Novruzovun özü məlumat verib.

"Los-Ancelesdə Azərbaycanın Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin yubileyi münasibətilə dünyadakı Diplomatlar və Siyasətçilər qarşısında çıxış etmək bu böyük bir məmnuniyyət idi", - deyə sirk ustası bildirib.

Qeyd edək ki, Ü.Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Gülnar Qafarlı