Müğənni Sevda Yahyayeva həkim nişanlısı Zakir Bayramovla yeni fotolarını paylaşıb.

Open.az xəbər verir ki, cütlük birlikdə restoranda dostları ilə görüşüblər. Sevda bölüşdüyü şəkillərə “Ümid var olduqca yeni başlayan hər gün gözəldir” şərhini yazıb.

Qeyd edək ki, Sevdanın “həri” mərasimi bu ilin martında baş tutub. Koronavirus səbəbilə onun elə həmin aya planlaşdırılan nişanı baş tutmayıb.