Türkiyənin tanınmış səs sənətçisi Onur Akay verdiyi açıqlama ilə gündəm yaradıb.

Open.az xəbər verir ki, o türk müğənni Emel Sayının məşhur "Mavi Boncuk" mahnısının Azərbaycana aid olduğunu dilə gətirib.

O, bu günə qədər Türkiyədə heç kəsin bu mövzuya aydınlıq gətirmədiyini açıqlayıb: "Mahnı rəsmi olaraq Azərbaycana aiddir. Bu günə qədər bir çox mahnılar icazə alınmadan ifa edilib. Türkiyədə "Mavi Boncuk" mahnısı 1971-ci ildə ilk dəfə yayımlanıb. Lakin mahnının oriijinal versiyası 1968-ci ildə Azərbaycanda səsləndirilib. Onun ilk ifaçısı isə Zeynəb Xanlarovadır. Azərbaycanda bu mahnı "Qal sənə qurban"dır".