Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin toyundan danışıb.

Open.az xəbər verir ki, "Evdəkilərə Salam" verilişi xalq artisti Mələkxanım Əyyubavın evində qonaq olub. Veriliş zamanı xalq artistinin nişanlı qızı Nəzrin rəssamlıq qabiliyyətindən və özü haqqında danışıb:

"Rəsmlərim sərgilərdə olub. Satış olanda qazanc da əldə etmişəm. Tək rəsmdə deyil ev işlərində də bacarığım yaxşıdır. 25 yaşım var".

Aparıcı Aytəkin Mərdanovanın "toydan sonra qayınana ilə qalacaqsan yoxsa ayrı" sualına isə Nəzrin belə cavab verib:
"İnşallah toya hazırlaşırıq. Toydan sonra ayrı yaşayacağıq". (Big.az)