Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Open.az xəbər verir ki, bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, xəstəlik yenidən şiddətlənib:

"Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata".

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Hazırda isə şiş sənətçinin böyrək damarlarına yayılıb.