Əməkdar artist Tünzalə Əliyeva "Space" telekanalında yeni verilişinin aparıcılığına başlayıb.

Open.az xəbər verir ki, Əliyeva verilişə tibbi maskada çıxıb.

O, səhhətinin tam yaxşılaşmaması səbəbindən maska taxdığını dilə gətirib.

Tünzalə verilişdə bu açıqlamanı verib: "Heç bir xəstəlik məni sizdən, sizi məndən ayıra bilməz. Həyat eşqimi heç nə söndürə bilməz. Yeri gəlsə, efirə maskada çıxaram və işimi yerinə yetirərəm".

Qeyd edək ki, əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkir.