Prodüser Tarix Əliyev (Tolik) müğənni Elton Hüseynəliyevlə işbirliyinə son qoyub.

Open.az xəbər verir ki, bu haqda Tolik özü məlumat yayıb.

O bildirib ki, Eltonun işlərini çatdıra bilmir: "6 ilə yaxındır prodüseri olaraq çalışdığım Elton Hüseynəliyevlə işbirliyimə son qoyuram. Bu qərarı verməyimdə işlə bağlı heç bir problemim olmayıb. Aparıcılıq etdiyimə görə Eltonun bəzi işlərində onun yanında ola bilmirəm. Düşünürəm ki, onun yanında həyat yoldaşı, keçmiş prodüseri Tamilla xanım var və bu işin öhdəsindən yetəri qədər gələ bilir.

Haşiyədən kənara çıxaraq, bir qadına deyirəm ki, kimlərəsə acıq verib, Eltondan istifadə edib özünü səviyyəli göstərmə. Çünki o səviyyənin sahibi deyilsən və heç vaxt da olmayacaqsan".