"Əvvəl toylara getmirdim. Köhnə maşınım var idi, maaşımda təzəsin almağa imkan vermirdi".

Open.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, artıq toylara aparıcı kimi getmədiyini söyləyib:

"Maşınımı təzələmək istəyirdim. Deyirdilər, necə avamsan, get toya. Özümü orada görmürdüm. Şeytanın ayağın sındırdım və toylara getdim. Toyda formalaşdım, həyatı öyrəndim. Nə qədər mənə xeyri oldu. Toyda baş çıxarmaq hər adamın işi deyil. Orada baş işlətməlisən. Nələr var toylarda".