Tanınmış rəqqasə Renkanın atası bu gün səhər saatlarında dünyasını dəyişib.

Open.az xəbər verir ki, bu haqda məlumatı rəqqasə özü Xeberci.az-a gözyaşları içərisində təsdiq edib:

"Koronavirus atamı məndən aldı. Hər kəs qorxsun bu xəstəlikdən. Bir həftə çəkmədi ki, rəhmətə getdi. Çox danışa bilmirəm, hamımız evdə xəstəyik”.

Qeyd edək ki, Renkanın atası 63 yaşında dünyasını dəyişib.