Müğənni Tacir Şahmalıoğlu pandemiya ərəfəsində işsiz qaldığını deyib.

Open.az xəbər verir ki, sənətçi bu haqda "Günün sədası" proqramında danışıb.

O bildirib ki, çalışmaq üçün Sankt-Peterburqa gedir: "Dostlarım ora çağırır. Deyirlər, gəl, burada iş var. Oğlumla birlikdə sırf çalışmaq üçün gedirik. Birdəfəlik köçmürəm, amma nə vaxt qayıdacam bilmirəm".