Maraqla izlənilən "Survivor 2020" yarışmasının ötən gün yayimlanan buraxılışında həmyerlimiz Pərviz Abdullayev rəqibi Burak ilə mübahisə edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, mübahisə sonradan davaya çevrilib. Belə ki, oyun zamanı Burak yıxılarkən Pərvizin ayağına vurub. Bu hərəkətinə qarşılıq olaraq Pərviz isə rəqibin ayağını tapdalayıb.

Acun Ilıcalı kadrları izlədikdən sonra Pərvizi oyundan kənarlaşdırıb. Onun əvəzinə oyuna Ersin daxil olub.

Gülnar Qafarlı