"Space" kanalında baş verən qalmaqal hələ də davam edir.

Open.az xəbər verir ki, ötən əməkdar artist Rəşad ilyasov hadisə barədə ilk dəfə danışaraq, tamaşaçılardan üzr istəyib.

Onun üzrxahlığından sonra həmkarı, müğənni Kərim Abbasovun açıqlaması diqqət çəkib. O, söyüşü Rüfət yox, Rəşadın söydüyünü iddia edib: "Əslində sən bu açıqlamanı çoxdan verməli idin. Ona görə ki, kişi dediyin şəxs etdiyi əməli boynuna almalıdır. Əməlini heç kimin üstünə atmamalı idin. Sənə görə Rüfətin başına gəlməyən qalmadı. Söyüşü söyən sən, çəkən Rüfət. Əslində sənin dağlı adına yaraşdırmadım".

Qeyd edək ki, “Space”də “Hər səhər” verilişində Rüfət Axundov mahnı oxuyan zaman Rəşadla birlikdə qeyri-etik ifadələr işlədiblər.

Gülnar Qafarlı

Space