Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə videosu yayılan və avtomobil istəyən hərbçimizin arzusunu reallaşdırıb.

Open.az xəbər verir ki, bu haqda Tolik özü məlumat verib.

Tolik Ramin adlı əsgərimizə avtomobil aldığını bildirib: "Raminə maşın alındı, hələlik yalnız maşının nömrəsini deyə bilərəm. Maşının markasını Ramin gələndə sizə təqdim edəcəm. Moskvada yaşayan dostum Bəxtiyara təşəkkür edirəm. O, məndən Ramin üçün gözəl maşın alınması istədi. Hətta maşının nömrəsini belə Raminə zəng edib, seçdik".

Qeyd edək ki, orduda döyüşən hərbçimiz Ramin sosial şəbəkədə "Bir avtomobilim olsaydı, müharibədən sonra sürücü işləyib, ailəmi dolandırardım" deyərək video paylaşmışdır.