"Qonağınızdan müsahibə almadan öncə ona gigiyenanın mənasını izah edin. Kənardan dırnaqları çox pis görünürdü, çünki çirkliydi. Özü də gözəllik industriyasında çalışır. Sən bağban, qəssab deyilsən, açıq yaralarla çalışırsan, belə şey olar?"

Open.az xəbər verir ki, bu sözləri dünyaca məşhur stilist Anar Ağakişiyev "İnstagram"ın "Story" bölməsində paylaşıb.

Ağakişiyev bundan sonra Elnur Həsənovun onun haqda danışmasına qadağa qoyub: "Afaq Gəncəlinin simasında bütün teleaparıcılardan və jurnalistlərdən xahiş edirəm ki, ona mənim barəmdə sual verməyin. Nə yaxşıma, nə də pisimə danışmasın. Siz onu danışdırırsınız, o bədbəxti salırsınız ortaya və nəticədə mən sübutlarla ona cavab verəndə o batdıqca-batır. Yazıqdır, olan-qalan hörmətini də salır. O insan mənimlə eyni ola bilməz. Mən heç vaxt birinci kiməsə söz atmıram".