"Maşın Şou"nun "Hind Kinosu" adlı buraxılışının ikinci günündə şairə Nazilə Səfərli iştirakçıların hədəfinə çevrilib.

Open.az xəbər verir ki, şairə yarışmada qalmaq üçün dostlarından səs istəyib.

"Özüm istədim ki, şəkilim atılsın. Hamı bilir ki, mənim maşınım var. Mən oynamağa gəlmişəm. Sakit yaşamağı bacarmıram. Yəni, adrenalin dolu adamam. Hər gün mənə minlərlə adam deyir ki, "səni çox sevirəm". İndi onları sınaqdan keçirməyə gəlmişəm. Ona görə də bütün yaxınlarımdan və dostlarımdan səs istəyirəm", - deyə N.Səfərli bildirib.

O, hədəfini sonda açıqlayacağını söyləyib.

Gülnar Qafarlı